Saadi Qəddafi Nigerdən sığınacaq alıb

Saadi Qəddafi Nigerdən sığınacaq alıb

12 Sentyabr 2011 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya lideri Müəmmər Qəddafinin övladlarından Saadi Qəddafi Nigerdən sığınacaq alıb. Saadi Qəddafi Nigerə dünən gəlib. Ölkənin ədliyyə naziri Maru Amadu Liviya liderinin oğlunun humanitar əsaslarda ölkəyə buraxıldığını deyib. Nazir humanitar əsas dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamayıb.

Müəmmər Qəddafinin üçüncü oğlu olan Saadi vətəndaş müharibəsi dövründə Liviya xüsusi qüvvələrinə və elitar ordu birləşmələrinə rəhbərlik edib. O qardaşı Seyf-əl-İslam ilə birlikdə Qəddafinin əsas varislərindən biri sayılır. Müəmmər Qəddafinin yeri isə hələlik məlum deyil. Xatırladaq ki, bundan əvvəl Liviya ordusunun 14 nümayəndəsi, o cümlədən iki general Nigerə qaçıb. Qəddafi hökumətində təhlükəsizlik briqadasına rəhbərlik etmiş Mansur Dao da hazırda Nigerdədir.

Dünya çox qəribədir. Dünən ağalıq edən şəxslər bu gün sığınacaq axtarır.

Tofiq Əliyev

O.M.