Qaradağda “Qazel” “Kamaz”la toqquşdu

Qaradağda “Qazel” “Kamaz”la toqquşdu

12 Sentyabr 2011 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qazel" və "Kamaz" markalı iki yük avtomobilinin toqquşması nəticəsində, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Qazel" markalı avtomobilin sürücüsü - 1986-cı il təvəllüdlü İmanov Samir Abbasəli oğlu dünyasını dəyişib. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış S. İmanovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sürət yolu yox, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.