"Lokomotiv"in sağ qalmış xokkeyçisi Aleksandr Qalimov da öldü

"Lokomotiv"in sağ qalmış xokkeyçisi Aleksandr Qalimov da öldü

12 Sentyabr 2011 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Yaroslavl şəhərində qəzaya uğramış "Yak-42" təyyarəsindən sağ çıxan 2 nəfərdən biri - "Lokomotiv" xokkeyçisi Aleksandr Qalimov bu səhər xəstəxanada keçinib. Bununla da təyyarə qəzasında ölənlərin sayı 44 nəfərə çatıb. Qəzada ağır yaralanan xokkeyçi Moskvada Vişnevskiy adına cərrahiyyə institutunda müalicə alırdı. Aleksandr Qalimovun bədən səthinin 90 faizinin yandığı bildirilirdi.

Hazırda həkimlər qəzada sağ qalmış yeganə sərnişin - bort mühəndisi Aleksandr Sizovun həyatı uğrunda mübarizə aparırlar. Onun vəziyyəti ağır, lakin stabil olaraq qiymətləndirilir.

Allah rəhmət eləsin.

Tofiq Əliyev

O.M.