Ölkənin bəzi yerlərində qısamüddətli yağış yağacaq

Ölkənin bəzi yerlərində qısamüddətli yağış yağacaq

12 Sentyabr 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı və Abşeron yarımadasında sentyabrın 12-dən 13-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, Gecə 15-20, gündüz 22-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti olacaq.

Sentyabrın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 13-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 14-də hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 13-dən 14-ə keçən gecə Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz əsasən yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Arzu edirik ki, həyatınıza hər zaman xoşbəxtlik yağışı yağsın.

Tofiq Əliyev

O.M.