“Jiquli” “Mercedes”lə toqquşdu

“Jiquli” “Mercedes”lə toqquşdu

12 Sentyabr 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Elvin Nuriyevin idarə etdiyi "VAZ 21011" markalı avtomaşın Ramin Babayeva məxsus "Mercedes"lə toqquşub. Qəza "VAZ 21011" yoldan çıxaraq əks yolla hərəkət edən "Mercedes"in yoluna çıxması nəticəsində meydana gəlib. Qeyd edək ki, qəzadan sonra "VAZ 21011"in sürücüsü, həmçinin maşında olan 3 sərnişin yaralandığı üçün xəstəxanaya yerləşdiriliblər. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.

Yollarda ehtiyatlı olmaq lazımdır, əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.