Rusiyada hərbi təlim zamanı partlayış baş verib

Rusiyada hərbi təlim zamanı partlayış baş verib

14 Aprel 2011 13:54
843
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın şimal-qərbində yerləşən Pskov vilayətində hərbi poliqonda partlayış baş verib. Mənbəyə əsasən, ölkənin Hava Desant Qoşunlarının 106 saylı Tula diviziyasının Struqo-Krasnenskiy rayonu ərazisində yerləşən poliqonda keçirdiyi təlim zamanı "NONA" markalı özüyeriyən artilleriya qurğusu partlayıb. Təlim atəşi zamanı qurğunun içərisində olan 120 mm kalibrli mərminin, daha sonra isə qurğunun partladığı bildirilir. Nəticədə, 4 hərbçi ölüb, 1 nəfər isə xəsarət alıb. İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq və ya ehtiyatsızlıq səbəb olub. İnsidentdən sonra təlimlər dayandırılıb. Hadisə yerində müvafiq işlər görülüb, yaralı xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Hərbi təlimlərdə ölən əsgərlər təlaşa səbəb olur. Bəs görəsən, həmin hərbçilərin öldürdükləri dinc insanlar niyə heç kimi maraqlandırmır?!.

Hafiz Əhmədov

O.M.