Ordumuzun əsgəri vəfat edib

Ordumuzun əsgəri vəfat edib

12 Sentyabr 2011 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Hadisə Müdafiə Nazirliyinin Hərbi Hospitalında qeydə alınıb. 2010-cu ildə Sumqayıt Şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1988-ci il təvəllüdlü Pərviz Abbasov sentyabrın 8-də müalicə almaq üçün hospitala gətirilib. Əsgər sentyabrın 11-də orada dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Hazırda ölümün səbəbləri araşdırılır.

Allah rəhmət eləsin.

Tofiq Əliyev

O.M.