Sərhəd bölgəsində hərbi təlimlər keçirilib

Sərhəd bölgəsində hərbi təlimlər keçirilib

14 Aprel 2011 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədlərində qırıcı təyyarələr və vertolyotlarla hərbi təlimlərə başlayıb.

Nazirliyin mətbuat katibi Eldar Sabiroğlu verdiyi məlumatda sərhəd bölgəsində hərbi təlimlər keçirildiyini söyləyərək, uçuşların da bu bölgədə edildiyini açıqlayıb.

Fasilələrlə davam edən uçuşlarda 10 qırıcı təyyarənin və hərbi vertolyotun olduğu bildirilib.

Eldar Sabiroğlu Azərbaycan Müdafiə Nazirliyinin keçirdiyi təlimləri nazir general-polkovnik Səfər Əbiyevin də şəxsən izlədiyini söyləyib. Ayrıca nazirin cəbhə bölgəsindəki hərbi hissələri ziyarət etdiyi də ifadə edilib.

Gün gələcək, yenə sərhəd bölgəsində hərbi təlimlər keçirəcəyik. Amma bu, indiki sərhədlərdən bir qədər də qərbdə olacaq.

Elvin Babayev

O.M.