Dünyadakı terrorçuların 1/3-i Türkiyə vətəndaşıdır

Dünyadakı terrorçuların 1/3-i Türkiyə vətəndaşıdır

9 Sentyabr 2011 19:29
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyada hər gün orta hesabla 10 terrorçu həbs olunur

Türkiyə mühakimə olunmuş terrorçuların sayına görə dünyada birinci yeri tutur. Bu maddə ilə dünyada tutulan 35117 nəfərdən 12897 nəfəri Türkiyə türmələrində cəzalarını çəkməkdədir. Bu ölkənin "Sabah" qəzetinin məlumatına görə, ABŞ-ın AP informasiya agentliyinin 66 ölkədə (qeyd: dünya əhalisinin 70 faizi arasında) apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, 11 sentyabr 2001-ci il faciəsindən sonra terrorçulara qarşı tədbirlər sərtləşdirilmişdir. Nəticədə, dünya üzrə 119044 insan həbsə alınmışdır ki, onlardan 35117 nəfəri terrorçu adlandırılmışdır. Türkiyədən sonra həbs olunmuş terrorçuların siyahısını 7000 nəfərlə Çin davam etdirir. Türkiyə ilə Çində həbs çəkən terrorçuların birgə sayı isə ümumi terrorçuların yarısından çoxdur.

Xatırladaq ki, Türkiyədə 2006-cı ildə terrorizm maddəsinə əlavə və dəyişiklik edildikdən sonra analoji maddələr üzrə tutulanların sayı durmadan artmaqdadır.

Əgər 2005-ci ildə 273 dustaq terror maddəsi ilə həbsə alınmışdısa, bu rəqəm 2009-cu ildə 6345-ə qədər yüksəlmişdir və bu tendensiya davam etməkdədir.

Terrorizm xəstəlikdir. Xəstəliyin isə nəticəsini yox, səbəbini aradan qaldırmaq lazımdır...

Həmid Axund

O.M.