2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbulu başa çatıb

2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbulu başa çatıb

9 Sentyabr 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsi 2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbulunu başa çatdırıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, artıq 2000 nəfərlik kvota dolub.

Qeyd edək ki, QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, illərdə Səudiyyə Ərəbistanına İraqdan daxil olan zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.

Allah bütün zəvvarların ziyarətini qəbul etsin.

Tofiq Əliyev

O.M.