Daşqın ABŞ-da 1 milyon adamı işıqsız qoyub

Daşqın ABŞ-da 1 milyon adamı işıqsız qoyub

9 Sentyabr 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarında "Lee" tropik qasırğası yeni-yeni ərazilərdə daşqına səbəb olub. Son 40 ilin ən güclü daşqını 100 mindən çox adamın evakuasiya edilməsi ilə nəticələnib. Merilend ştatından Massaçusets ştatınadək ərazilərdə çaylar öz məcrasından çıxıb. Təkcə Pensilvaniya ştatında 1000-dək ev su altında qalmaq təhlükəsi ilə üz-üzədir. Yüzlərlə evə ziyan dəyib.

Daşqın nəticəsində Kaliforniya, Arizona və Meksika ilə sərhəd ərazilərdə 1 milyondan çox adam işıqsız qalıb. Kaliforniyanın San-Diyeqo hava limanında reyslər dayandırılıb.

Apardı sellər ABŞ-ı.

Tofiq Əliyev

O.M.