Həbsxanada intihar baş verib

Həbsxanada intihar baş verib

9 Sentyabr 2011 10:53
1 019
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Binəqədi rayonu ərazisindəki 11 saylı Cəzaçəkmə Müəssisəsində 1980-ci il təvəllüdlü Şabanov Nurlan Şıxəli oğlu özünü öldürüb. O, müəssisənin tibb məntəqəsindəki pəncərənin dəmirindən ip keçirərək özünü asıb. Qeyd edək ki, 31 yaşı olmasına baxmayaraq N.Şabanov 5-ci dəfə məhkumluq həyatı yaşayırmış. Sonuncu dəfə Suraxanı rayon Məhkəməsi tərəfindən 2 il 3 ay müddətə azadlıqdan məhrum edilən N.Şabanov iyulun 28-də 11 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilibmiş.

İntihar heç bir problemin həlli yolu deyil.

Tofiq Əliyev

O.M.