Suriyanın Homs şəhərinə yenidən ordu yeridilib

Suriyanın Homs şəhərinə yenidən ordu yeridilib

9 Sentyabr 2011 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya ordusu ölkənin şimal-qərbində hökumət əleyhinə aksiyaların iştirakçılarına qarşı yeni əməliyyatlara başlayıb. Məhz bu rayonda müxalifətin tərəfinə keçmiş üç əsgər öldürülmüşdü. Nümayişçilər həmin əsgərləri öz sıralarına qəbul etmişdilər. Suriya dövlət televiziyasının məlumatına görə, ordu dəstələri Homs şəhərinə yeridilib. Hökumət üsyançıları polis idarələri, digər hökumət və özəl müəssisələrə hücum etməkdə ittiham edir. Üsyançılara qarşı hərbi əməliyyatlar həmçinin qonşu şəhərlərdə də aparılır. Rəsmi məlumatlara görə, bəzi yaşayış məntəqələrində yüksək vəzifəli fəallar da həbs olunub.

Bu arada internetdə yerləşdirilmiş kadrlar Suriya ordusunun hərbçilərinin qəddarlığından xəbər verir. Kadrlarda insanların necə güllələnməsi əksini tapır. Kadrarxası gedən danışıqlarda həmin şəxslərin ölüm cəzasına məhkum edildiyi deyilir.

Qeyd edək ki, Suriyada ölkə başçısı Bəşər Əsəd əleyhinə etirazlar baş qaldırandan bəri hökumət öz siyasətini silahlı terrorçularla mübarizə kimi təqdim edirdi. Şənbə günü paytaxt Dəməşqə Ərəb ölkələri liqasının baş katibi Nabil Əl-Ərəbi gəlməlidir. Əl-Ərəbi Suriya prezidenti Bəşər Əsədi repressiyalara son qoymağa və 2014-cü ildə prezident seçkilərinin keçirilməsinə dair vəd verməyə inandırmağa çalışacaq.

Bəşərin qapısından vaxtsız ölüm gen düşər,

İnsanın saçlarına yüz yaşında dən düşər, Müharibə olmasa!

Tofiq Əliyev

O.M.