Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusunun əsgəri intihar edib

8 Sentyabr 2011 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissəsində Azərbaycan Ordusunun əsgəri intihar edib. APA-nın məlumatına görə, Milli Ordunun əsgəri, Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Bəxtiyar Etibar oğlu İbrahimov xidməti silahı ilə atəş açaraq özünü öldürüb. Hadisənin baş vermə səbəbləri məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Ehtiyatlı igidin anası ağlamaz, deyiblər.

Tofiq Əliyev

O.M.