Rusiyaya məxsus hərbi helikopterlər Gürcüstanın hava sərhədlərini pozub

Rusiyaya məxsus hərbi helikopterlər Gürcüstanın hava sərhədlərini pozub

8 Sentyabr 2011 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 7-də Rusiyaya məxsus 3 ədəd Mi-8 hərbi helikopteri qanunsuz olaraq Gürcüstanın hava məkanına daxil olub.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Helikopterlər Tani dərəsi istiqamətində, Şatili kəndi yaxınlığında sərhədi keçiblər və Gürcüstanın içərilərinə doğru 3 km irəliləyərək 15 dəqiqə bu ölkənin hava məkanında qalıblar.

Gürcüstan XİN-dən bildiriblər ki, bu hərəkət Gürcüstanı cavab verməyə təhrik etmək üçün qəsdən törədilib. Tiflis beynəlxalq ictimaiyyəti Rusiyanın əməllərinə qiymət verməyə çağırıb.

Tofiq Əliyev

O.M.