Bakıda gənc qız "Lexus"la 3 nəfəri vurdu

Bakıda gənc qız "Lexus"la 3 nəfəri vurdu

8 Sentyabr 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 12:30 radələrində Bakıda ölüm və xəsarət alma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə M.Əzizbəyov dairəsindən H.Əliyev adına Beynəlxalq Hava Limanına gedən şosse yolda qeydə alınıb.

Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən "Lexus" markalı avtomobil yolu keçmək istəyən üç nəfər piyadanı vurub. Zərbənin təsirindən piyadalardan biri elə hadisə yerində canını tapşırıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasından verilən məlumata görə, digər iki nəfər, ölənin arvadı və azyaşlı nəvəsi isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis idarəsinin əməkdaşları cəlb olunub, hadisənin nə səbəbdən baş verməsi araşdırılır. Maşının sürücüsü olan qız saxlanılıb.

Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.

Tofiq Əliyev

O.M.