İnsanlıq utancı...

İnsanlıq utancı...

8 Sentyabr 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar 30 ildən sonra ilk dəfə Günəşi gördülər

Təcrübə üçün istifadə edilən şimpanzelər 30 ildən sonra Günəşi gördülər. İçlərində böyük bir boşluq, gözlərinə düşən işıq onları olduqca həyəcanlandırırdı. Meymunlar gördüklərinin "gerçək" dünya olduğuna inanmırdılar...

Avstraliyadakı bir laboratoriyada təcrübə üçün istifadə edilən şimpanzelər "Gut Aiderbichl" heyvan qoruğuna gətirildilər. 30 il aradan sonra Günəşi görən və ota ayaq basan meymunları görənlər göz yaşlarına hakim ola bilmədilər. Əvvəlcə bir-birinə sarılan, daha sonra uşaq kimi qışqıran şimpanzelərin bu xoşbəxtliklərini sözlə ifadə etmək mümkün deyildi.

Xatırladaq ki, meymunlar üzərində tibbi testlər həyata keçirilirdi. Mütəxəssislər onlara HİV virusu yeridilib, ona qarşı dərman hazırlamağa çalışırdılar. Heç vaxt çöl üzü görməyən meymunların anadan olan uşaqları isə həmin an əllərindən alınırdı.

İnsan var ki heyvanlara qarşı "heyvanlıq" edir.

Günel Həbib

O.M.