Sinoptiklərdən xəbərdarlıq var!

Sinoptiklərdən xəbərdarlıq var!

8 Sentyabr 2011 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və gilavar küləyinin üstünlüyü, sentyabrın 10-da atmosfer təzyiqinin kəskin yüksəlməsi və günün ikinci yarısından xəzri küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 28-33, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Çalışın, sağlam alın.

Günel Həbib

O.M.