İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

8 Sentyabr 2011 13:12
1 032
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiyada DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib. Aksiya iştirakçıları "Urmu gölü quruyur, Azərbaycan oyanmasa, uduzdu", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun", "Fars, rus, erməni, bunlar türkün düşməni" kimi şüarlar səsləndiriblər.

Aksiya zamanı DAK-ın bəyanatı da səsləndirilib. Bəyanatda son illər UNESCO tərəfindən təbii xəzinə kimi tanınan dünyanın üçüncü duzlu gölü Urmiyanın İranın irqçi rejiminin laqeyd münasibəti nəticəsində surətlə quruduğu qeyd olunub: "Gölün məqsədli şəkildə qurudulmasına şərait yaratmaq Tehran rejiminin yürütdüyü assimilyasiya siyasətinə xidmət edir. Buna etiraz olaraq aksiyaya çıxan dinc əhaliyə divan tutulur. Dünya Azərbaycanlıları Konqresi olaraq İran adlanan yerdəki rejimin dinc nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığı pisləyir, həbs olunanların tezliklə azadlığa buraxılmasını və Urmu gölünün xilası naminə təcili tədbirlər görülməsini tələb edirik. Eyni zamanda beynəlxalq təşkilatları Güney Azərbaycan türklərinin mübarizəsinə dəstək olmağa çağırırıq".

Lakin polis aksiyanın davam etməsinə mane olub, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb. Bununla belə, bəyanat İran səfirliyinə təqdim olunub.

"Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun".

Tofiq Əliyev

O.M.