Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

8 Sentyabr 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Faiq Xasməmmədov idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçmək istəyən piyada Nazilə Novruzovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sürücülər sükan arxasında olarkən unutmamalıdırlar ki, onların və piyadaların yolunu gözləyən var.

Tofiq Əliyev

O.M.