İtaliya və İspaniya etirazlara məhəl qoymadı

İtaliya və İspaniya etirazlara məhəl qoymadı

8 Sentyabr 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya və İspaniyada yeni iqtisadi təbdirlər paketi qəbul edilib. İspaniya Senatı konstitusiyada büdcə həddini təklif edir. Senat gələcəkdə büdcə kəsirini ciddi çərçivədə saxlamaq üçün konstitusional razılaşmanı təsdiqləyib. 262 senatordan 233-ü qanunun lehinə səs verib. "Qızıl qayda"nın dəstəklənməsi ilə İspaniya Almaniyadan sonra büdcə limitinin konstitusiya ilə tənzimləndiyi ikinci ölkə olacaq.

İtaliyada isə büdcə kəsirini 54 milyard avro azaltmaq üçün tədbirlər təklif edilir. İtaliya parlamentinin yuxarı palatası bu məbləğin növbəti 3 il ərzində qənaət edilməsinə dair tədbirlər paketini dəstəkləyib. Senatda hökumətin təklif etdiyi iqtisadi paketin lehinə 165 deputatdan 141-i səs verib. İndi isə baş nazir Silvio Berluskoninin çoxluğa malik olduğu Nümayəndələr Palatasında da səsvermə keçirilməlidir. Berluskoni hökuməti tədbirlər paketinə gəlirlərə görə 3 faizlik vergi də daxil edib. Bu tədbirlər İtaliyanın büdcəsində 2014-cü ildə deyil, artıq 2013-cü ildə balans əldə edilməsinə gətirib çıxaracaq.

İtaliya və İspaniyada hökumətlərin ən son iqtisadi tədbirlərinə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilib. İtaliyanın paytaxtı Romada və digər iri şəhərlərdə ümumi tətil çərçivəsində aksiya keçirən italyanlar əvvəlki sosial paketlərin saxlanmasını tələb ediblər. Qeyd edək ki, hər iki ölkə öz borclarını tənzimləmək məqsədilə bu tədbirlərə əl atır.

Hamı bir nəfər üçün, bir nəfər hamı üçün olmalıdır.

Tofiq Əliyev

O.M.