Ermənilər atəşkəsi pozub

Ermənilər atəşkəsi pozub

8 Sentyabr 2011 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 7-də bir necə istiqamətdə atəşkəs rejimini pozublar. Erməni ordusu saat 13.30-dan 13.50-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 13.35-dən 13.40-dək və 18.20-dən 18.40-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, saat 10.30-dan 10.40-dək və sentyabrın 8-də saat 05.25-dən 05.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında, saat 04.55-dən 05.15-dək Ağdam rayonunun Şıxlar kəndi, saat 05.05-dən 05.25-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında, saat 05.00-dan 05.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

"Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər." (Vilson, ingilis səyahətçi)

Tofiq Əliyev

O.M.