“Yak-42”-nin qəzaya uğraması nəticəsində həlak olan 43 nəfərin meyitləri tapılıb

“Yak-42”-nin qəzaya uğraması nəticəsində həlak olan 43 nəfərin meyitləri tapılıb

8 Sentyabr 2011 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Yaroslavl yaxınlığında "Yak-42" təyyarəsinin qəzaya uğraması nəticəsində ölmüş 43 nəfərin hamısının meyitləri tapılıb. Hazırda meyitlərin tanınması prosesi gedir. Xatırladaq ki, "Lokomotiv" xokkey klubunu Yaroslavla Kontinental Xokkey Liqasının yeni mövsümünün ilk oyununa aparan "Yak-42" təyyarəsi "Tunoşna" aeroportundan havaya qalxarkən mayakın antenasına çırpılıb və yanaraq Volqa sahilinə düşüb. Qəza nəticəsində sərnişinlər və ekipaj üzvləri həlak olub. Qəzadan yalnız xokkeyçilər Aleksandr Sizov və Aleksandr Qalimov sağ qurtarıblar. Onlar hazırda Yaroslavl klinik xəstəxanasının reanimasiya şöbəsindədir.

Heç kəs qəzadan sığortalanmayıb. Hətta, havada olsa da belə.

Tofiq Əliyev

O.M.