Azərbaycan prezidenti hərbi xidmətə çağırış və hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti hərbi xidmətə çağırış və hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb

7 Sentyabr 2011 18:42
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

"Hərbi xidmət haqqında" qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2011-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən.

Tofiq Əliyev

O.M.