Bakıda dəhşətli yol qəzası baş verib

Bakıda dəhşətli yol qəzası baş verib

8 Sentyabr 2011 09:55
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gecə Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Elsevər Əliyevin idarə etdiyi "VAZ-2106" markalı, 58 BA 263 dövlət nömrə nişanlı avtomobil və Yolçu Musayevin idarə etdiyi "VAZ-2106" markalı, 10 BC 689 dövlət nömrə nişanlı avtomobil Maştağa-Zabrat yolunun Zabrat qəsəbəsindən keçən hissəsində toqquşub.

Nəticədə hər iki sürücü, Yolçu Musayevin sərnişini və ailə üzvləri Fatma və İbadət Musayevlər hadisə yerindəcə ölüb.

Y. Musayevin digər sərnişinləri və ailə üzvləri Rüfət Musayev, Rəşad Musayev, Xeyransa Musayeva, Fəridə Musayeva və E. Əliyevin sərnişini - həyat yoldaşı Gülnarə Əliyeva ağır vəziyyətdə Sabunçu rayon 3 saylı Şəhər klinik Xəstəxanasına çatdırılıblar.

Musayevlər toy mərasimindən qayıdırmış. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Sürmə 100, yaşa 100.

Tofiq Əliyev

O.M.