Hacıqabulda yol qəzasında 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

Hacıqabulda yol qəzasında 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

7 Sentyabr 2011 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul rayonu ərazisində İntiqam Məmmədovun idarə etdiyi "KİA-Sorento" markalı və Beyləqan rayon sakini Allahverdi Hüseynovun idarə etdiyi "AzSamand" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Hüseynov və sərnişinlərindən Həbib Tağıyev və Bəylər Hacıyev hadisə yerində ölmüş, İ.Məmmədovun xəsarət almış sərnişinləri Xeyransa Məmmədova, azyaşlılar Fuad Məmmədliyə, Şəhla Məmmədliyə və onun qardaşı Eldara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Sürət yolu yox, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.