"Apple" bu dəfə loqosuna görə qəzəbləndi

"Apple" bu dəfə loqosuna görə qəzəbləndi

7 Sentyabr 2011 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Apple" bu il ən çox ödənişi vəkillərinə verdi. Şirkət hər gün yeni bir məhkəmə olayının içindədir. Bu dəfə şirkət Çindəki yemək şirkətinə qarşı məhkəməyə çıxacaq. Belə ki, "Sichuan Fangguo" adlı yemək şirkəti loqosunu bir az "LG"dən, bir az isə "Apple"dən götürüb. Və nəticədə hər iki məşhur şirkət vulkan kimi püskürdü. Çin tərəfi isə bütün bu iddiaları rədd edir. Hazırda tərəflər məhkəmə hakiminin ağzından çıxacaq kəlmələrin yolunu gözləyirlər.

Çin öz plagiatları ilə yenə bütün dünyaya səs salıb.

Günel Həbib

O.M.