Yaxın 3 gün ərzində temperatur yüksələcək

Yaxın 3 gün ərzində temperatur yüksələcək

7 Sentyabr 2011 12:49
690
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 25-30 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.

Sabah əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə olacaq.

Havanın necə olmasından asılı olmayaraq, çalışın sağlam qalın.

Günel Həbib

O.M.