İranın Yaxın Şərq üsyanlarında əli var

İranın Yaxın Şərq üsyanlarında əli var

14 Aprel 2011 13:04
874
Bəyəndim (0) Bəyənmədim (0)
Bunu ABŞ iddia edir

ABŞ rəsmiləri İranı Suriyaya yardım etməkdə günahlandırıb. Açıqlamada İranın Suriyada baş verən üsyan dalğasını aradan qaldırmaq üçün bu ölkəyə maddi və texniki kömək göstərdiyi bildirilib.

Belə ki, İranın Suriyaya vətəndaşlarının internet, mobil danışıq və smslərinin izlənilməsi üçün xüsusi cihazlar göndərdiyi iddia edilir.

ABŞ agentləri tərəfindən dinlənilən danışıqlarda İranın Bəhreyn və Yəməndəki şiələri dəstəkləyərək üsyanı boğmaqda dövlət rəsmilərinə kömək etməsi aşkarlanıb.

Təhlükəsizlik xidmətlərindən verilən məlumatlarda bu cür hərəkətlərin ABŞ nüfuzuna ciddi zərbə olduğu və bu ölkələrdə məzhəb iğtişaşlarına səbəb ola biləcəyi söylənilib.

Qeyd edək ki , İranın Ərəb ölkələrindəki üsyanlarda əlinin olub olmadığı araşdırılır. Hələ ki, bu barədə konkret nə sənəd, nə də sübut tapılmayıb.


Pislə daha pis arasında əlbəttə ki, birincini seçməli olursan. O baxımdan biz də ABŞ-a inanmaq məcburiyyətindəyik.

Elvin Babayev

O.M.