Uşaqların dostu İsveçrə oldu

Uşaqların dostu İsveçrə oldu

7 Sentyabr 2011 10:44
Bəyəndim (0) Bəyənmədim (0)
“Save The Children” araşdırma apardı...

Xəstə uşaqların ən yaxşı müalicə aldığı ölkənin İsveçrə olduğu bildirildi.

"Save The Children" ("Uşaqların həyatını xilas edək") adlı təşkilat uşaqların müalicə əsnasında ölmə riskinin İsveçrədə az, Çadda isə çox olduğunu göstərdi. 161 ölkənin daxil edildiyi araşdırma zamanı İsveçrə ilk sırada yer alarkən, Finlandiya, İrlandiya, Belarus, Norveç onu təqib etdi. Afrika ölkələri isə siyahının sonlarını tutdular. Bu bölgənin sadəcə 13 ölkəsində 1000 adamın payına 2 tibb işçisi düşür. Afrika ölkələrində uşaqların ölmə səviyyəsi Finlandiya və Norveçə baxanda 5 qat daha çoxdur.

Dünyada 3.5 milyondan artıq həkim, tibb bacısı, doğuş mütəxəssis əskikliyi olduğuna da diqqət çəkilib.

Uşağın gözyaşını silməyən onunla birlikdə ağlar. (Afrika atalar sözü)

Günel Həbib

O.M.