Gürcüstanın ət məhsullarında uzunqulaq əti istifadə olunur

Gürcüstanın ət məhsullarında uzunqulaq əti istifadə olunur

6 Sentyabr 2011 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın ət emalı ilə məşğul olan yerli istehsalçıları məhsullarında tez-tez uzunqulaq ətindən istifadə edirlər. Bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Antikorrupsiya Mərkəzinin sədri Qiya Burcanadze bəyan edib.

"At ətindən istifadə artıq adi bir hadisədir. İndi söhbət uzunluq ətindən gedir. Uzunqulaq əti birbaşa yarımfabrikatlara gedir, mən satışa aparılan cəmdəkləri gözlərimlə görmüşəm", - deyə Burcanadze bildirib.

Onun sözlərinə görə, uzunqulaq ətindən qidada istifadə etmək olmaz və bu insanların həyatı üçün təhlükəlidir.

"Onun tərkibinə insan orqanizmi üçün zərərli olan fermentlər daxildir. Onun əti nə qədər termik işlənməyə məruz qalsa da, onun aktiv komponentləri dəyişilmir. Bu səbəbdən dünyanın heç bir yerində bu ətdən istifadə olunmur. Lakin əmin olun ki, məhz içalatdan olan əksər yerli istehsal məhsulları bu ev heyvanından hazırlanır. Bununla belə, xəstəxanalarda ətdən zəhərlənmə hallarının neçə faiz olmasını yoxlaya bilərsiniz", - deyə o əlavə edib.

Camaata başqa adla uzunqulaq əti yedizdirənlər elə özləri də uzunqulaqdırlar.

Fərid Qurbanov

O.M.