Misir Mərdanov müəllimlərin maaşının azlığından şikayətlənib

Misir Mərdanov müəllimlərin maaşının azlığından şikayətlənib

6 Sentyabr 2011 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Azərbaycanda əl üstə gəzməyə layiq olan çoxsaylı müəllim var. Amma bunun müqabilində onlara 200 manat maaş verilir. Ona görə də elələr var, işdən çıxıb, evində uşaq hazırlaşdırır". Təhsil naziri Misir Mərdanov bunu Bakı şəhər təhsil işçilərinin konfransında çıxışı zamanı deyib.

Azərbaycan müəllimlərinin çox fədakar olduğunu vurğulayan nazir bildirib ki, müəllimə 2000 manat maaş verilsə, uşaqlar repetitor yanına getməz.

Nazir təhsil işçilərinə qeyri-hökumət təşkilatlarının yaradılmasını təklif edib: "Müxtəlif xarici ölkələrdə, hətta Orta Asiya dövlətlərində, xüsusən Qazaxıstanda belə ictimai təşkilatlar çoxdur və onları təsis edənlər əməlli-başlı dolanırlar. Çalışmaq lazımdır. Gələcəkdə dərsliklərin hazırlanması, müəllimlərin hazırlığı və s. ayrı-ayrı qurumlar tərəfindən həyata keçiriləcək. Buna indidən hazırlaşmaq lazımdır".

Müəllim peşəsi şərəfli peşədir.

Tofiq Əliyev

O.M.