Ali məktəbə qəbul ola bilməyən 16 yaşlı qız intihar etdi

Ali məktəbə qəbul ola bilməyən 16 yaşlı qız intihar etdi

6 Sentyabr 2011 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 10:30 radələrində Şabran rayonunun Rəhimli kəndində intihar hadisəsi baş verib. Şabran rayon Polis İdarəsinin rəis müavini Məmmədmusa Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, intihar edən kənd sakini 16 yaşlı Seyran İmran qızı Məmmədovadır. O özünü yaşadıqları evin yanındakı ağacdan asıb. Mərhumun qohumları polis əməkdaşlarına bildiriblər ki, qızın intihar etməsinə səbəb, onun bu il ali məktəbə daxil ola bilməməsidir. Faktla əlaqədar hadisə yerinə gedən Şabran rayon Prokurorluğunun əməkdaşı Sirac Salmanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda intiharın səbəbləri dəqiqləşdirilir. Meyit müayinə üçün ekspertizaya göndərilib. Müayinənin nəticələrindən sonra, hadisə ilə əlaqədar hansısa fikrə gəlmək mümkündür. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Tofiq Əliyev

O.M.