Texasda meşə yanğınının qarşısını ala bilmirlər

Texasda meşə yanğınının qarşısını ala bilmirlər

6 Sentyabr 2011 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının Texas ştatında meşə yanğınları tüğyan edir. Ştatın mərkəzi hissəsində güclü yanğınlar 500-ə yaxın evi məhv edib. "Lee" tropik qasırğasından sonra əsməyə davam edən külək 1950-ci illərdən bəri ən güclü quraqlığı yaşayan Texas ştatında yanğına təkan verib. Yanğın nəticəsində 1 qadın və onun azyaşlı övladı ölüb. Ştatın Bastrop mahalında azı 5000 adam öz evini tərk etməli olub. 400-ə yaxın sakin müvəqqəti sığınacaqlarda yerləşdirilib. Alov 10 min hektar ərazini əhatə edib. Texas tarixində ən genişmiqyaslı yanğınlarla 250 yanğınsöndürən mübarizə aparır.

Rəsmi məlumatlara görə, bazar günündən indiyədək Texas ştatında 63 yanğın meydana gəlib. Texas ştatının qubernatoru Rik Perri yanğınlarla əlaqədar prezident seçkisi turlarını yarımçıq qoyub.

Tofiq Əliyev

O.M.