Avtobus minik maşını ilə toqquşdu

Avtobus minik maşını ilə toqquşdu

6 Sentyabr 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə paytaxtın Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi "Şir abidəsi" kimi tanınan ərazidə qeydə alınıb. Məlumata görə, Rəhman İsmayılovun 33 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu ilə 23 yaşlı Abdullayev Ceyhun Adil oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Ceyhun Abdullayev və onun sərnişini 17 yaşlı Nəbiyev Əli Bəşir oğlu xəsarət alıb. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Yol qəzasının baş vermə səbəblərini isə Suraxanı rayon polis idarəsi 33-cü polis bölməsinin və rayon dövlət yol polis şöbəsinin əməkdaşları araşdırır. Polis əməkdaşları, hadisə şahidləri və avtobus sürücüsünün verdiyi məlumata görə, "Mercedes"in sürücüsü idarə vetdiyi maşını youln əks tərəfi ilə idarə edirmiş. Qeyd edək ki, hadisə vaxtı avtobusda sərnişin olmayıb.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.