Şimali Osetiyada qasırğa olub

Şimali Osetiyada qasırğa olub

6 Sentyabr 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Şimali Osetiya bölgəsində ötən gün baş vermiş güclü qasırğanın nəticələri aradan qaldırılır. Ən çox ziyan Mozdok rayonuna dəyib, burada fövqəladə vəziyyət rejimi tətbiq edilib. Güclü külək onlarla yaşayış evinin damını uçurub. Məktəb və uşaq bağçaları kimi bir neçə sosial əhəmiyyətli bina da zərər çəkib. Çox sayda ağac aşıb. 1 nəfərin öldüyü, bir neçə nəfərin də xəsarət aldığı bildirilir. Elektrik enerjisi naqillərinin qırılması nəticəsində 13 mindən çox sakin işıqsız qalıb. Qasırğanın nəticələrinin aradan qaldırılmasına onlarla təmir briqadası və Şimali Osetiyanın digər rayonlarından əlavə qüvvələr cəlb olunub. Təbiət hadisəsinin vurduğu maddi ziyan hesablanır.

Təbii fəlakətlərin nəticələrini təbii də qəbul etmək lazımdır.

Tofiq Əliyev

O.M.