Bakı Poladtökmə Zavodunda partlayış olub, xəsarət alanlar var

Bakı Poladtökmə Zavodunda partlayış olub, xəsarət alanlar var

6 Sentyabr 2011 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda zavodda partlayış olub. APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 06.30 radələrində Bakı Poladtökmə Zavodunda qeydə alınıb. Zavoddakı qurğulardan birində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə zamanı 3 nəfər xəsarətlə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

Yanıq mərkəzindən verilən məlumata görə, zavodda baş verən partlayış nəticəsində xəsarət alanlar - 43 yaşlı Qiyaməddin Ağalarov və 51 yaşlı Lətif Abbasovun vəziyyəti ağırdır. Digər yaralıya isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Vaxtında görülən təhlükəsizlik tədbirləri bir çox ağır fəsadların qarşısını ala bilir.

Tofiq Əliyev

O.M.