Yasamalda bıçaqlanma

Yasamalda bıçaqlanma

6 Sentyabr 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Murtuza Muxtarov küçəsi 105 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 41 yaşlı Paşayev İlham Aysəddin oğlu döş qəfəsinin sağ tərəfinin kəsilmiş-deşilmiş yarası ilə 1 saylı xəstəxanaya gətirilib. Yaralı xəstəxanaya daxil olan zaman xeyli qan itirdiyindən dərhal əməliyyat otağına alınıb və üzərində cərrahi əməliyyat aparılıb.

Qeyd edək ki, yaralı İlham Paşayev öz evində bacısı ilə etdiyi mübahisə zamanı ehtiyatsızlıq nəticəsində bıçaq yarası aldığını cərrahi əməliyyat zamanı həkimlərə bildirib. Faktla bağlı cinayət işi başlanılıb.

Tofiq Əliyev

O.M.