Çobanlar çürümüş cəsəd tapdılar

Çobanlar çürümüş cəsəd tapdılar

5 Sentyabr 2011 17:47
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunun Ləzə kəndi ərazisində, dağ massivində torpağın altından insan cəsədi tapılıb. Cəsəd çürümüş halda, baş sümüyü və digər sümüklər dağılmış olub. O, idman formasında olub. Cəsədi ərazidə heyvan otaran çobanlar tapıb. Məlumat daxil olan kimi hadisə yerinə Qusar polis şöbəsi və prokurorluğun əməkdaşları cəlb olunub.

Cəsəd müayinə olunmaq üçün ekspertizaya göndərilib. İlkin nəticələrə görə, sümüklərin məxsus olduğu insanın şəxsiyyəti müəyyən edilib. Lakin hələlik onun adı açıqlanmır.

Cəsədin yanında narkotik maddələrin qəbulu üçün istifadə edilən əşyalar da tapılıb. Bu tapıntı və aparılan analizlər onu deməyə əsas verir ki, cəsəd uzun müddət narkotik maddələrin istifadəsi və satışına görə təqsirləndirilən bir nəfərə aiddir. Ehtimallara görə, cəsəd orada 2,5 il qalıb.

Tofiq Əliyev

O.M.