İranın İraqla sərhəddində 30-dək kürd döyüşçüsü öldürülüb

İranın İraqla sərhəddində 30-dək kürd döyüşçüsü öldürülüb

5 Sentyabr 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

İranın İnqilabi Qvardiyasının əsgərləri ölkənin İraqla sərhədi yaxınlığında gedən döyüşlərdə PEJAK kürd qruplaşmasının 30-dək üzvünü zərərsizləşdirib. İranın yüksək rütbəli hərbi rəsmiləri bu barədə məlumat veriblər. İranın dövlət televiziyası Sərdaşt sərhəd şəhəri yaxınlığındakı dağlıq ərazidə İnqilabi Qvardiyanın əsgərlərinin döyüş texnikasını, həmçinin kürd döyüşçülərindən müsadirə edildiyi ehtimal olunan sənəd və silahları nümayiş etdirib. Bundan başqa, polkovnik Həmid Əhmədinin verdiyi məlumata görə şiddətli döyüşdə PEJAK kürd qruplaşmasının 40-dək üzvü yaralanıb. Eyni zamanda İraq ərazisində PEJAK-ın nümayəndəsi dərhal birtərəfli atəşkəs elan edib və İran qüvvələrinə müraciət edərək döyüşçülərin bazalarının atəşə tutulmasını dayandırmağa və onların İranda daha geniş hüquqlara malik olmaq tələbləri üzrə danışıqlara başlamağa çağırıb. Polkovnik Həmid Əhmədi isə bu çağırışı rədd edib.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.

Tofiq Əliyev

O.M.