Baş Prokurorluq bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib

Baş Prokurorluq bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib

15 Sentyabr 2016 14:56
209
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Baş Prokurorluğu bəzi KİV-lərdə vətəndaşların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Report"a bildirib ki, bəzi kütləvi informasiya vasitələrində sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılıb.

Qurum rəsmisi həmin məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib: "Belə ki, qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilib və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib".

Mediainfo.az