Sabah rayonlarda yağış yağacaq

Sabah rayonlarda yağış yağacaq

15 Sentyabr 2016 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 18-21° isti, gündüz 24-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz 23-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Mediainfo.az