Ukraynada “Nə? Harada? Nə vaxt?” oyunu üzrə çempionat keçiriləcək

Ukraynada “Nə? Harada? Nə vaxt?” oyunu üzrə çempionat keçiriləcək

5 Sentyabr 2011 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 16-dan 18-dək Ukraynanın Odessa şəhərində "Nə? Harada? Nə vaxt?" intellektual oyunu üzrə dünya çempionatı keçiriləcək. Yarışa 300 iştirakçı qatılacaq. İştirakçıların yaşı 25-30 həddində olacaq.

Dünya çempionatında intellektual aləmin ən güclü 50 komandası mübarizə aparmaq hüququ əldə edib. Yarışda Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Kanada, Latviya, Moldova, Rusiya, ABŞ, Özbəkistan, Türkmənistan, Ukrayna və Ermənistandan olan komandalar mübarizə aparacaq.

"Nə? Harada? Nə vaxt?" çempionatının qonaqları sırasında klub magistrları Aleksandr Druz, Maksim Potaşov, Andrey Kozlov və "Büllur bayquş"un sahibləri İlya Novikov, Rövşən Əsgərov, Aleksandr Rubin, Yelena Orlova və Anatoli Vasserman qatılacaq.

Ümid edək ki, nəyin harada və nə zaman baş verdiyini hamıdan yaxşı həmyerlilərimiz biləcək.

Tofiq Əliyev

O.M.