Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü münasibətilə Türk şəhidliyi ziyarət olunub - FOTO

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü münasibətilə Türk şəhidliyi ziyarət olunub - FOTO

15 Sentyabr 2016 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 98 illiyi münasibəti ilə Bakıdakı Türk şəhidliyində anma mərasimi keçirilib.
Əvvəlcə Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas abidənin önünə əklil qoyub, daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Yazdıqlarını yüksək səslə oxuyan diplomat bildirib ki, ən çətin anlarında azərbaycanlı qardaşların yardımına gələn türk şəhidləri əlaqlərimizin sarsılmaz memarıdır: "Münasibətlərimiz belə bir güclü təməl üzərində qurulub . Azərbaycanın müstəqilliyi üçün etdiyiniz bu fədakarlıq 98 il sonra da azərbaycanlı qardaşlarımız tərəfindən minnətlə anılır. Əmanətinizi "Bir millət, iki dövlət" anlayışı ilə gələcək nəsillərə daşıyacağıq".
Səfirlik əməkdaşları, ictimaiyyət nümayəndələri də şəhidlərin adları yazılmış lövhələrin üzərinə gül dəstələri düzüblər. (apa)

Mediainfo.az