Azərbaycanlılar Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası keçirir

Azərbaycanlılar Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası keçirir

14 Sentyabr 2016 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz edirlər.

Mitinq iştirakçılarının Apa-ya verdiyi məlumata görə, aksiyaya 200-dən çox şəhərdən gəlmiş azərbaycanlılar qatılıblar.

Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 2 ildə - o, nazir təyin ediləndən bəri 20-dən çox azərbaycanlı iş adamının və iş adamlarının övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini tələb edirlər.

Aksiya davam edir.

Mediainfo.az