27 yaşlı qadın intihar etdi

27 yaşlı qadın intihar etdi

5 Sentyabr 2011 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunda 27 yaşlı qadın özünü asıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Yuxarı Ləki kənd sakini, 1984-cü il təvəllüdlü Abbasova Aynurə Firudin qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Bir uşaq anası A. Abbasovanın özünə qəsd etməsinin səbəbi hələ məlum deyil. Faktla bağlı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Özünü öldürmək yox, problemi öldürmək lazımdır.

Tofiq Əliyev

O.M.