Hillari Klintonun bənzəri şayiələri təkzib etdi

Hillari Klintonun bənzəri şayiələri təkzib etdi

14 Sentyabr 2016 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun bənzəri, aktrisa Tereza Barnvell sentyabrın 11-də Nyu-Yorkda baş vermiş insidentdən sonra tədbirlərdə Klintonu əvəz etməsi barədə yayılan şayiələri təkzib edib.

Bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Xatırladaq ki, Nyu-Yorkda 11 sentyabr qurbanlarının anım mərasimində Hillari Klintonun halı pisləşmiş və ürəyi getmişdi. O, tədbiri yarımçıq tərk etməli olmuşdu. Daha sonra KİV-lər Klintonun sətəlcəm olması barədə xəbərlər yaymışdılar.

Elə həmin gün Klinton qızının mənzilindən jurnalistlər qarşısına çıxaraq özünü yaxşı hiss etdiyini söyləmişdi.

Sosial şəbəkə istifadəçiləri Klintonun çox yaxşı göründüyünü qeyd edərək, jurnalistlər qarşısına onun bənzəri Tereza Barnvellin çıxdığını yazmışdılar.

Tereza Barnvell artıq 20 ildən çoxdur Klintonu parodiya edir. (ölkə)

Mediainfo.az