İŞİD-in tərkibində döyüşmüş azərbaycanlıya hökm oxundu - FOTO

İŞİD-in tərkibində döyüşmüş azərbaycanlıya hökm oxundu - FOTO

14 Sentyabr 2016 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya vətəndaşı olan Altun Məmmədov 3 il müddətinə azadlıq məhrum edilib.

İstintaq müəyyən edib ki, Tümen sakini olan A. Məmmədov İŞİD terrorçularu tərəfindən ələ alınıb və 2013-cü ildə Türkiyəyə gedib.

Türkiyədə Suriya ərazisinə keçərək İŞİD-ə qoşulan A. Məmmədov terrorçuların bazasında əsirlərin mühafizəsi və digər işlərlə məşğul olub, hökumət qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak edib.

Daha sonra o, İŞİD-ə daxil olan digər qruplaşmaya - "Camaat əbu-Hənifə"-yə qoşulub.

Lakin bir müddət sonra qruplaşma daxilində silahlılar arasında münaqişə başlayıb və A. Məmmədov Türkiyəyə, oradan isə Gürcüstana qaçıb. Gürcüstanda o, hüquq-mühafizə orqanlarından gizlənib.

Beynəlxalq axtarışda olan A. Məmmədov 2015-ci lilin avqustunda Gürcüstan-Azərbaycan sərhədini keçmək istəyərkən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. Daha sonra o, Rusiyaya ekstradisiya olunub.

A. Məmmədov qeyri-qanunu silahlı dəstə yaratmaqda və tərkibində döyüşməkdə təqsirləndirilərək məhkum edilib.

Mediainfo.az