Prezidentlik üçün 70 yaş senzi ləğv edilib, müddət 5 ildən 7 ilə qaldırılıb - TÜRKMƏNİSTANDA

Prezidentlik üçün 70 yaş senzi ləğv edilib, müddət 5 ildən 7 ilə qaldırılıb - TÜRKMƏNİSTANDA

14 Sentyabr 2016 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

Bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə, Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb.

Mediainfo.az