Ötən il istehsalat qəzalarında 5 nəfər qadın ölüb

Ötən il istehsalat qəzalarında 5 nəfər qadın ölüb

9 Sentyabr 2016 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Azərbaycanda istehsalat qəzalarında 5 nəfər qadın ölüb. Bu barədə Mediainfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il ərzində istehsalat qəzalarında 50 nəfər ölüb ki, onlardan 5-i qadın olub.

2015-ci ildə qadınlar daha çox emal sənayesində çalışıblar.

Ötən il emal sənayesində çalışan 9 kişi, 3 qadın dünyasını dəyişib. Tikinti sahəsində çalışanlardan isə 13 kişi, bir qadın dünyasını dəyişib. Daha bir qadın isə nəqliyyat və anbar təsəsrrüfatı sahəsində çalışanlardan olub. Qeyd olunan sahədə çalışanlardan 6 kişi ölüb.

Mediainfo.az